Dövlət Komitəsi: “Gəncədə iftar süfrəsinə qadağa qoyulmayıb”
02 avqust 2012 19:03 (UTC +04:00)

Dövlət Komitəsi: “Gəncədə iftar süfrəsinə qadağa qoyulmayıb”

Son günlər müxtəlif mətbuat orqanlarında Azərbaycanın Qərb bölgəsində, xüsusən də Gəncə şəhərində icra strukturları tərəfindən, Ramazan ayında əhya gecələrinin keçirilməsinin qadağan edilməsi və iftar süfrələrinin açılmasına icazə verilməməsi ilə bağlı məlumatlar yayılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu, guya dindarlara qarşı təzyiq, Ramazan adət-ənənələrinə müdaxilə kimi qələmə verilir.

DQİDK tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, yuxarıda qeyd olunan məlumatların əsası yoxdur. Belə ki, adıçəkilən bölgədə Ramazan ayının ibadətlərinə, o cümlədən iftar süfrələrinin açılmasına rəsmi strukturlar tərəfindən hər hansı qadağa qoyulmayıb. Əksinə, Gəncədə fəaliyyət göstərən dini icmalar, o cümlədən din xadimləri bu il ictimai əhəmiyyətli bir təşəbbüs irəli sürərək, iftar vermək istəyən şəxslərə bu xeyirxah işi icmalarla birgə uşaq və qocalar evlərində, həmçinin kimsəsizlər üçün təşkil etmələrini tövsiyə ediblər. Elə bu gün Gəncədə İcra Hakimiyyətinin təşəbbüsü və Dövlət Komitəsinin yerli şöbəsinin iştirakı ilə şadlıq saraylarının birində iftar süfrəsi təşkil ediləcək.

Dövlət Komitəsi bildirir ki, bu kimi fakta əsaslanmayan və səthi xarakterli açıqlamalar müstəqil dövlətçiliyimizə xor baxan qüvvələrin dəyirmanına su tökür və milli maraqlarımızla ziddiyyət təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar