2025-ci ildə VƏFAT EDƏN   azərbaycanlı jurnalistlər - SİYAHI
08 dekabr 2025 14:13 (UTC +04:00)

2025-ci ildə VƏFAT EDƏN azərbaycanlı jurnalistlər - SİYAHI

0

2025-ci ildə Azərbaycan mətbuatının tanınan bir sıra jurnalisti vəfat edib.

Lent.az onların siyahısını təqdim edir.

Yasin Qaraməmmədli (1938–2025)

Yasin Qaraməmmədli vəfat edib

Əməkdar jurnalist Yasin Qaraməmmədli 2025-ci il fevralın 15-də, 86 yaşında, Bakıda uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, tanınmış siyasi şərhçi və pedaqoq idi. Uzun illər AzTV-də şərhçi, redaktor və baş redaktor müavini kimi çalışmış, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent kimi dərs deçib.  

Pənah Rüstəm (1956–2025)

Pənah Rüstəm vəfat etdi – FOTO

Jurnalist və şair Pənah Rüstəm 2025-ci il aprelin 22-də, 69 yaşında vəfat edib.

O, sovet dövründən başlayaraq “Baku”/“Bakı” qəzetlərində uzun müddət çalışıb, müstəqillik illərində “Media Press” informasiya agentliyinin rəhbəri olub.

İlyas Adıgözəlli (1938–2025)

Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist İlyas Adıgözəlli 1938-ci il oktyabrın 15-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. O, 2025-ci il iyunun 4-də 87 yaşında dünyasını dəyişib.

Jurnalist 1963–2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində çalışıb, “Araz” radiosunun baş redaktoru və direktoru vəzifələrinədək yüksəlib.  1992-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib.

Ağaddin Babayev (1956–2025)

Ağaddin Babayev vəfat etdi

Yazıçı-dramaturq, tərcüməçi və jurnalist Ağaddin Babayev 2025-ci il iyunun 21-də doğulub boya-başa çatdığı Lənkəran rayonunun Şağlaser kəndində vəfat edib. 69 yaşlı Ağaddin Babayev müxtəlif almanax və mətbu orqanlarda hekayə, pyes və tərcümələri ilə çıxış etmiş, bir sıra pyesləri ölkə teatrlarında səhnələşdirib.

O, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olmuş, bir müddət APA informasiya agentliyinin cənub bölgəsi müxbiri kimi

Rüstəm Qaraxanlı (1978–2025)

Rüstəm Qaraxanlı. Oxu.az Saytında Rüstəm Qaraxanlı mövzusunda son xəbərlər  - Oxu.az

Rüstəm Qaraxanlı 2025-ci il avqustun 27-də, 47 yaşında dünyasını dəyişib.

O, Oxu.Az xəbər portalında redaktor vəzifəsində çalışırdı.

Rasim Ağayev (1940–2025)

Rasim Ağayev vəfat etdi

Rasim Ağayev 1940-cı il martın 17-də anadan olub. O, 1991–1992-ci illərdə Prezident Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsini tutub.

2025-ci il sentyabrın 14-də, 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Ömrünün sonunadək o, siyasət və media sahəsində analitik yazıları ilə çıxış edən veteran jurnalistlərdən idi.

Şəmistan Nəzirli (1942–2025)

Şəmistan Nəzirli vəfat ETDİ

Şəmistan Nəzirli 2025-ci il sentyabrın 20-də 83 yaşında Qazaxda anidən vəfat edib.

O, Azərbaycanın hərbi publisistika sahəsində tanınmış tədqiqatçı-jurnalist idi və Qarabağ müharibəsinin tarixi ilə bağlı əsərlərin müəllifi olub. Mərhum vəsiyyəti üzrə Bakıda Bülbülə qəbirstanlığında dəfn edilib.

Nizami Rəhmanlı (1951–2025)

Tanınmış jurnalist dünyasını dəyişdi » SenzoR.az

Yazıçı-jurnalist Nizami Rəhmanlı 2025-ci il oktyabrın 12-də 73 yaşında vəfat edib. O, əmək fəaliyyətinə Azərbaycan Televiziyası Komitəsində başlayıb, daha sonra “Azərbaycan”, “Respublika” və “Panorama” qəzetlərində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nizami Rəhmanlı onlarla kitabın müəllifi idi və ölkədə ədəbi-publisistik fəaliyyəti ilə tanınırdı.

Şahin Babayev (1964–2025)

Daha bir üzücü xəbər... » Atributinfo.az - Azerbaycan'dan Son Dakika  Haberler ve Güncel Bilgiler

Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev 2025-ci il noyabrın 11-də, 61 yaşında ürək tutmasından vəfat edib.

Şahin Babayev jurnalist kimi çalışmaqla yanaşı, ölkənin media təşkilatında rəhbər vəzifə tutaraq mətbuatın inkişafına töhfə vermişdi.

Emin İbrahimov (1981–2025)

Emin İbrahimov dəfn edildi - Globalinfo.az

Emin İbrahimov 2025-ci ilin noyabrında Türkiyədə baş vermiş yol qəzasında həlak olub. 44 yaşlı jurnalistin cənazəsi vətənə gətirilərək Xırdalan qəbiristanlığında dəfn edilib.

Emin İbrahimov beynəlxalq Euronews kanalında fəaliyyət göstərirdi və xüsusilə 44 günlük Vətən müharibəsi dönəmində hazırladığı cəbhə reportajları ilə tanınmışdı.

Məhəmməd Şabanoğlu

Bugün Talanın tanınmış ziyalılılarından olan Məhəmməd Şabanoğlu vəfat  etmişdir. Ailəsinə, yaxınlarına və bütün Zakatalaya bu münasibətlə baş  sağlığı veririk. Allah rəhmət eləsin.

Məhəmməd Şabanoğlu uzun sürən xəstəlikdən sonra 2025-ci ilin noyabrında vəfat edib. Tarix üzrə fəlsəfə doktoru olan Şabanoğlu bölgə tarixinin tədqiqi ilə məşğul idi və yerli mətbuatda fəaliyyət göstərirdi. Mərhum doğulduğu kənddə, Zaqatalada dəfn olunub.

Valeh Məhərrəmli (1952-2025)

V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə "Səs" qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub.

Onun çoxillik əməyi "Tərəqqi" medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb. 2025-ci ilin aprelin 2-də o, dünyasını dəyişib. 

Emil Nəcəfov (1994-2025)

Azərbaycanda baş redaktor vəfat edib - Oxu.az

“Technote.az” saytının baş redaktoru Emil Nəcəfov 31 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi diş ağrısı göstərilir. , Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş.

F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunun ehtimal edildiyini deyib: “Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar