743 müəllimin əmək müqaviləsinə XİTAM VERİLDİ
04 sentyabr 2023 14:33 (UTC +04:00)

743 müəllimin əmək müqaviləsinə XİTAM VERİLDİ

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub.

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda  minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. 

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb. 

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron – Xızı, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb. 

Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, mövzu ilə bağlı suallar 4 avqust saat 16:00-da Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsində canlı yayım üzərindən cavablandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9215

Oxşar yazılar

9-cu sinfi bitirənlər üçün növbəti imtahan  keçirildi -YENİLƏNİB

9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB

11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

11 may 2025 , 09:18
"Yer yanan şara  çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq  DÖRD BÜRC

May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC

10 may 2025 , 18:40
Sabahdan güclü külək  əsəcək

Sabahdan güclü külək əsəcək

10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ  - XƏBƏRDARLIQ

Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ

10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

10 may 2025 , 12:23