9-cu siniflərin buraxılış imtahanı keçirildi
27 aprel 2025 14:40 (UTC +04:00)

9-cu siniflərin buraxılış imtahanı keçirildi

Bu gün Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bu gün Bakı şəhəri üzrə xüsusi təhsil müəssisələrinin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.

İmtahanda 51908 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 74 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar

Nöqsanlara görə əyləncə mərkəzi BAĞLANDI  -FOTOLENT

Nöqsanlara görə əyləncə mərkəzi BAĞLANDI -FOTOLENT

19 may 2025 , 14:22
Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

19 may 2025 , 14:04
 Leysan yağacağı   XƏBƏRDARLIĞI

Leysan yağacağı XƏBƏRDARLIĞI

19 may 2025 , 12:34
Bağçalara qəbul dayandırılır

Bağçalara qəbul dayandırılır

19 may 2025 , 12:00
Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

19 may 2025 , 11:45
Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

19 may 2025 , 10:45
Sürücülük vəsiqəsi olanlar yenidən imtahan  verə bilərlər

Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

19 may 2025 , 10:42
Mayın ikinci yarısında şanslı olacaq  BÜRCLƏR

Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR

19 may 2025 , 09:09