Dünyada bu gün - VİDEO
03 dekabr 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

0

1. BMT Baş Assambleyasının 1992-ci il dekabrın 14-də qəbul etdiyi qətnamə ilə hər il 3 dekabr - Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. 2. Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. 3. Əfsanəvi Amerika pop müğənnisi və aktyoru Endi Uilyams 3 dekabr 1927-ci ildə Ayova ştatında anadan olub. Orta məktəbi ailəsinin Kaliforniyaya köçməsi səbəbindən Qərbi Los-Ancelesdəki Universitet Liseyində bitirib. Karyerasına "Uilyams qardaşları" kvartetinin heyətində başlayıb. 4. Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarov 1953-cü il dekabrın 3-də Bakı şəhərində anadan olub. Bakıdakı 46 saylı orta məktəbdə və SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 5. Şəhid Nurlan Bayram oğlu Əsgərov 3 dekabr 1995-ci ildə Masallı rayonunun Kalinovka kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 6. Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, akademik Əbdülkərim Əli oğlu Əlizadənin anım günüdür. O, 11 yanvar 1906-cı ildə Bakının Bilgəh kəndində anadan olub. 7. Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayevanın xatirə günüdür. O, 1906-cı il aprelin 20-də Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib. 8. Azərbaycanın əməkdar artisti, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olan aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov da bu gün xatırlanır. O, 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə 14 yaşında oxuduğu məktəbdə çıxıb. 9. Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor və ssenarist Teyyub Mirzəhəsən oğlu Axundovun anım günüdür. O, 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. 14 yaşında kinostudiyada gəlib və 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərib. Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 10. Şəhid Mayıl Yusif oğlu Qədimovun xatirə günüdür. O, 1962-ci ildə Tərtər rayonunun Səhləbad kəndində fəhlə ailəsində doğulub. Burada texniki peşə məktəbində təhsil alıb və aqronom ixtisasına yiyələnib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1441

Oxşar yazılar