Kiçik ölçüdə, lakin saysız-hesabsız faydaları ilə bildirçin yumurtası son illərdə sağlam qidalanma axtaranlar üçün əvəzolunmaz sevimli məhsula çevrilib. Toyuq yumurtasından xeyli yüksək vitamin və mineral dəyərlərinə malik olan bu möcüzəvi qida, xüsusilə də immunitet sistemini polad kimi gücləndirməsi ilə tanınır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, təbiətin ən güclü enerji mənbələrindən biri olan bildirçin yumurtası düzgün qəbul edildikdə orqanizm üçün dərman kimi təsir göstərir. Lakin, bu müalicəvi mənbənin faydalarını maksimum dərəcədə artırmaq və potensial risklərdən yayınmaq üçün istehlak edilən miqdardan bişirmə üsuluna qədər müəyyən qızıl qaydalara diqqət yetirmək vacibdir.

Toyuq yumurtalarindan çox güclü qida dəyərləri
Bildirçin yumurtaları, kiçik ölçülərinə baxmayaraq, əsl qida mənbəyidir. Tədqiqatlara görə, onlar toyuq yumurtalarından beş dəfə çox kalium, üç dəfə çox B1 vitamini və iki dəfə çox dəmir ehtiva edir. Xüsusilə anemiya və xroniki yorğunluqdan əziyyət çəkənlər üçün təbii dopinq təsiri var.
Tənəffüs problemləri və astma üçün təbii müalicə
Bu kiçik yumurtanın ən məşhur xüsusiyyətlərindən biri tənəffüs yolları xəstəlikləri üçün inanılmaz faydasıdır. Ənənəvi tibbdə tez-tez istifadə edilən bildirçin yumurtası öskürək, astma və bronxit kimi xəstəliklərin simptomlarını aradan qaldırmaqda çox təsirlidir. Ağciyərləri təmizləyici xüsusiyyətləri sayəsində mövsümi allergiyalara qarşı güclü qoruyucu qalxan təmin edir.

Çiy yumurta istifadəsinin böyük təhlükəsinə diqqət
İctimaiyyət arasında çiy bildirçin yumurtalarını südlə qarışdırıb içmək olduqca geniş yayılıb. Lakin mütəxəssislər bu barədə ciddi xəbərdarlıqlar edirlər. Çiy yumurtalarda olan "Salmonella" bakteriyası ciddi zəhərlənməyə səbəb ola bilər. Bundan əlavə, çiy yumurta ağındakı "avidin" maddəsi orqanizmin biotinin (B7 vitamini) udulmasına mane olur. Onları yeməyin ən sağlam yolu onları "yüngül" və ya "orta" dərəcədə bişirməkdir.
Həddindən həddindən artiq istifadə etməyin

Bildirçin yumurtaları çox faydalı olsa da, xolesterol və zülal baxımından zəngindir. Buna görə də ürək-damar xəstəlikləri, böyrək problemləri və xroniki xəstəlikləri olan insanlar onları istehlak etməzdən əvvəl həkimə müraciət etməlidirlər. Mütəxəssislər sağlam yetkinlər üçün gündə 1-2, uşaqlar üçün isə həftədə 2-3 yumurtanın ideal miqdar olduğunu düşünürlər.