"Sən tarixin ən yaxşı  oyunçususan..." - Turan PSJ-yə qarşı oyunda Messini necə motivasiya  edib?
12 iyul 2026 16:09 (UTC +04:00)

"Sən tarixin ən yaxşı oyunçususan..." - Turan PSJ-yə qarşı oyunda Messini necə motivasiya edib?

0

"Barselona"nın keçmiş yarımmüdafiəçisi Arda Turan əfsanəvi 2017-ci il Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ-yə qarşı (6:1) cavab oyununun təfərrüatlarını xatırladıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Türkiyə millisinin keçmiş futbolçusunun sözlərinə görə, oyunun vacib anında o, Lionel Messini motivasiya etməyə çalışıb:

"3-0 hesabı ilə öndə olduğumuz və PSJ-dən qol buraxdığımız zaman Luis Enrike məni İnyestanın yerinə meydana çıxardı. Kapitan sarğısını ona vermək üçün Lionel Messinin yanına getdim və dedim: "Sən tarixin ən yaxşı oyunçususan. 30 dəqiqə qalıb və bu müddət ərzində üç qol vura bilərik - təslim olmayaq".

Bütün dövrlərin ən böyük futbolçusu ilə birlikdə oynamaq böyük şərəf idi".

Edinson Kavaninin qolundan sonra ümumi hesab 3-5 olub və katalonlar növbəti mərhələyə keçmək üçün üç qol vurmalı olublar. Nəticədə Luis Enrikenin komandası 95-ci dəqiqədə həlledici qolu vuraraq tapşırığı yerinə yetirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar