Haker hücumları ən çox bu ölkələrdən edilir - SİYAHI
25 noyabr 2020 19:41 (UTC +04:00)

Haker hücumları ən çox bu ölkələrdən edilir - SİYAHI

0

Group-IB-in Hi Tech Crime Trends 2020 beynəlxalq təşkilatının hesabatına əsasən kiber cinayətkarlar daha çox Çin, İran, Şimali Koreya və Rusiyadan təşkil edilir. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xüsusi xidmət orqanlarının kiber qarşıdurma yarışı xəritəsində ən çox qeydə alınan kiber cinayətlərin qrupu belədir: Çin -23 qrup, İran – 8 qrup, Şimali Koreya və Rusiya – hər biri 4 qrup, Hindistan – 3 qrup, Pakistan və Qəzza zolağı – hərəsi 2 qrup.

Vyetnam, Türkiyə və Cənubi Koreyanın hər birində bir belə qrup var. 

2019-cu ilin ikinci yarısında - 2020-ci ilin birinci yarısında ən çox hücum edilən Çin, Şimali Koreya, İran və Pakistan hökumət tərəfdarı qrupların maraq göstərdiyi Asiya-Sakit Okean bölgəsi olub: bu bölgədə cəmi 34 kampaniya həyata keçirilib. 

İkinci yerdə əsasən Avropa ölkələridir (22 kampaniya). Burada kiber cinayətkarlıqda Çin, Pakistan, Rusiya və İrandan olan qruplar maraqlıdır.

Sonrakı sırada Orta Şərq və Afrikadır: Bu ölkələrdə, əsasən İran, Pakistan, Türkiyə, Çin və Qəzzadan olan hakerlər tərəfindən 18 kampaniya aparılıb.

Eyni zamanda, Rusiya və ABŞ ən az hücum edilən güclərdir - ABŞ-da 15, Rusiyada 9 kampaniya aparılıb. 

Təcavüzkarların tərkibi hər iki ölkə üçün oxşardır: əsasən Çin, Şimali Koreya və İrandan olan qruplardır.

Qazaxıstan xüsusi xidmət orqanlarının bir hücumu Rusiyada qeydə alınıb və ABŞ Qəzza zolağı və Pakistandan olan hakerlərin hücumuna məruz qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1696

Oxşar yazılar