Nərimanovda yanğın -  İki nəfər yaralandı
12 iyul 2026 23:39 (UTC +04:00)

Nərimanovda yanğın - İki nəfər yaralandı

0

Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Hadisə zamanı iki nəfər yüngül yaralanıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas ediblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar