Pandemiya dövründə cəzadan vaxtından əvvəl azad olunan məhkumların SAYI
23 noyabr 2020 12:43 (UTC +04:00)

Pandemiya dövründə cəzadan vaxtından əvvəl azad olunan məhkumların SAYI

0

“Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılmış, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılmış, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib”.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılmış, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb:

“2.300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib. 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1125

Oxşar yazılar