Qan Bankından koronavirusdan sağalanlara müraciət - Donor ola bilərsiniz
24 noyabr 2020 13:02 (UTC +04:00)

Qan Bankından koronavirusdan sağalanlara müraciət - Donor ola bilərsiniz

0

Mərkəzi Qan Bankı koronavirusdan sağalmış xəstələrə müraciət edib.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, müraciətdə bildirilib ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər: “Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik!

Qan (plazma) donoru ol, həyat qurtar!”

Mərkəzi Qan Bankının ünvanı: Bakı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907; 412 440 65 86; 440 78 50; 441 66 52

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1409

Oxşar yazılar