Təhsil Nazirliyinə məktəb tikintisi üçün pul ayrıldı
21 noyabr 2019 16:17 (UTC +04:00)

Təhsil Nazirliyinə məktəb tikintisi üçün pul ayrıldı

0

Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Lent.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1717

Oxşar yazılar