Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB
14 fevral 2026 07:07 (UTC +04:00)

Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB

0

Suraxanı rayonu, Aeroport şosesində Hava limanı yolundan “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

***

00:21

Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının quraşdırıldığı metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 908

Oxşar yazılar