Ağstafada evlər su altında qalıb -FOTO
04 iyun 2023 17:09 (UTC +04:00)

Ağstafada evlər su altında qalıb -FOTO

Güclü külək Qazaxda fəsadlar törədib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, güclü külək rayonun Heydər Əliyev prospektində iri gövdəli ağacları aşırıdıb.

Qırılan ağaclar yollarda hərəkətdə çətinliklər yaradıb. Bundan başqa, güclü külək Ağstafa rayonunda fəsad törətməsə də leysan yağışları ilə əvəzləndiyindən gecə yağan güclü yağış Köcəsgər kəndində 26 evi su altında qoyub. Hadisə gecə baş verdiyindən sel sularından sonra əhali evlərini tərk edərək yaxınlarının yaşadığı evlərə daşınıblar. Əraziyə gecə ilə rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçiriblər, müvafiq tədbirlərin görülməsi üçün göstərişlər verilib.

# 3627
avatar

Oxşar yazılar