Ağstafada prokurorluq işçilərinin peşə bayramı qeyd olundu
01 oktyabr 2025 18:45 (UTC +04:00)

Ağstafada prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

0

Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada da qeyd olunub. 

Lent.az  xəbər verir ki,  tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa Rayon Məhkəmisinin sədri Natiq Abbasov, Ağstafa rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağstafa rayon Şöbəsinin rəisi Mirzə Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinin rəisi Emin Bağırov, Ağstafa rayon İcra və Probasiya Şöbəsinin rəisi Emil Məmmədov çıxış edərək Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb. Onun 1998-ci il iyulun 17-də imzaladığı sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan  Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına görə dünya ölkələri sırasında öz layiqli yerini qoruyub saxlayır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar