Anar Ələkbərov Bakı Balacalar Teatrında - FOTOLENT
11 fevral 2026 15:02 (UTC +04:00)

Anar Ələkbərov Bakı Balacalar Teatrında - FOTOLENT

0

Bu gün Xalq artisti Hacı İsmayılovun rəhbərlik etdiyi Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkədə paylaşım edib.

Qeyd olunub ki, görüş zamanı 2026-cı il üçün nəzərdə tutulan planlar müzakirə edilib:

"Mədəniyyət xadimləri ilə görüşlər hər zaman açıq dialoqa, tanışlığa və fikir mübadiləsinə imkan yaradan səmimi və mehriban atmosferdə keçir. Bu dəfə də həmin ab-havada Bakı Balacalar Teatrının – cəmiyyətdə balaca boylu insanların təmsilçilərindən ibarət, istedadlı, səmimi və həqiqətən ilhamverici aktyorları ilə tanış olduq. Teatra hörmətli aktyorumuz Natiq Fərzəliyev rəhbərlik edir. 

Bütün mədəniyyət xadimlərinə böyük yaradıcılıq uğurları arzulayır və gələcəkdə birgə layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirik", deyə Anar Ələkbərov paylaşımında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar