Araq içəndən nə qədər sonra maşın sürsəniz,  cərimələnməzsiniz? - DƏQİQ VAXT
29 oktyabr 2025 17:49 (UTC +04:00)

Araq içəndən nə qədər sonra maşın sürsəniz, cərimələnməzsiniz? - DƏQİQ VAXT

0

Qanunvericiliyə əsasən, sürücülər üçün icazə verilən alkoqol həddi nəfəsdə litr başına 0,3 mq-dan çox olmamalıdır. Alkoqol qalıqlarını xalq vasitələri ilə qandan uzaqlaşdırmaq mümkün olmadığı üçün orqanizmin sərbəst şəkildə parçalanma məhsullarını xaric etməsi üçün yalnız vaxta ehtiyac var.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, alkoqolun tam çıxarılma müddəti çəki, yaş, qəbul edilən doza və qaraciyərin vəziyyəti də daxil olmaqla fərdi amillərdən asılıdır.

Orta hesabla 100 qram arağın tam metabolizasiya olunması 5–7 saat çəkir. Bir stəkan şərab üçün təxminən 3 saat,  bir butulka pivə üçün isə ən azı 2 saat vaxt lazımdır.

Yağlı qida qəbul etmək alkoqolun qana sorulmasını yalnız ləngidir və “nisbi ayıqlıq” hissi yarada bilər. Lakin bu, qanda son alkoqol konsentrasiyasını azaltmır.

Orqanizm eyni dozanı qəbul edir, sadəcə proses bir qədər gec baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar