Avtoxuliqanlığa görə maşın cərimə meydançasına aparıla bilərmi? - CAVAB
10 yanvar 2022 14:21 (UTC +04:00)

Avtoxuliqanlığa görə maşın cərimə meydançasına aparıla bilərmi? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu avtoxuliqanlıq faktları və onlara protokol tərtib olunması ilə bağlıdır.

Tez-tez mediada avtoxuliqanlığa görə sürücülərin həbs olunması barədə məlumatlar yayılır. Həmçinin, əksər sürücülər hansı yol hərəkəti pozuntularının avtoxuliqanlıq hesab olunduğunu da bilmirlər.

Bəs görək hansı pozuntular sözügedən inzibati xətaya səbəb olur?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev aydınlıq gətirib.

O bildirib ki, avtoxuliqanlıq yalnız 3 halda müəyyən edilir:

“Avtoxuliqanlığa görə, heç bir avtomobil cərimə meydançasına aparıla və ya sürücü harasa dəvət edilə bilməz. Bu barədə protokol da idarə və ya şöbənin hansısa otağında deyil, dərhal hadisə yerindəcə tərtib olunmalıdır.

Sözügedən pozuntu yalnız 3 halda ola bilir:

1) iki və ya daha artıq maşınla yarış təşkil edilərkən;
2) avtomobil elə sürətlə idarə olunmalıdır ki, yerdə təkərlərin izi qalsın;
3) maşının təkərləri qaldırılarkən.

Bunlardan əlavə heç bir hal avtoxuliqanlıq hesab olunmur. Bu hallar ya təhlükəsiz şəhər kameraları, ya da yol patrul xidməti avtomobilində yerləşdirilən kamera vasitəsilə qeydə alınmalıdır. Digər şəxslər tərəfindən telefonla çəkilən materiallar sübut hesab edilmir”.

Avtoxuliqanlığa görə maşın cərimə meydançasına aparıla bilərmi?

# 3261
avatar

Mehman Nəbiyev

Oxşar yazılar