Azərbaycan dilinin elektron lüğəti  necə işləyəcək? - AÇIQLAMA
12 noyabr 2025 11:15 (UTC +04:00)

Azərbaycan dilinin elektron lüğəti necə işləyəcək? - AÇIQLAMA

0

Azərbaycan dilinin saflığının qorunması son gün son günlər aktual məsələyə çevirilib. Sosial mediada və digər Kütləvi İnformasiya Vasitələrində dil normalarına əməl edilməməsi isə ən böyük problemlərdən biridir.

Bəxtiyar Vahabzadənin də, dediyi kimi:

"Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!".

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin də, ötən günlərdə açıqlamasında dili qorumaq üçün Azərbaycan dilinin elektron lüğətinin texnoloji bazasının yaradılmasını təklif etmişdi.

Bəs görəsən, bu lüğət necə işləyəcək?

Əliməmməd Nuriyev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin elektron lüğəti təkcə internetdə axtarıla bilən söz kitabı deyil, dilimizin rəqəmsal ensiklopediyası kimi işləyəcək:

Əliməmməd Nuriyevin 60 illik yubileyidir

Azərbaycan dilinin elektron lüğəti təkcə internetdə axtarıla bilən söz kitabı deyil, dilimizin rəqəmsal ensiklopediyası kimi işləyəcək. Yəni orada təkcə sözün mənası yox, onun düzgün yazılışı, tələffüzü, mənşəyi, şəkilçiləri və işlənmə nümunələri göstəriləcək. Digər ölkələrin təcrübələrində bu standartlar müəyyən edilib. Bu sistem süni intellekt texnologiyası ilə işləyəcək. Yazıda hansısa səhv olduqda, proqram onu avtomatik formada düzəldib, doğru yekun variantı təklif edəcək.

Azərbaycan dilinin elektron lüğətini kompüter, telefon, planşetlə açmaq mümkün olacaq. İstənilən sözü axtarışa verərək, tapmaq olacaq. Lüğət Word, Google və digər proqramlara qoşula biləcək. Dövlət qurumları, məktəblər və jurnalistlər eyni dil standartlarından istifadə edəcəklər.

Lüğət niyə vacibdir?

Lüğətin vacibliyi hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidentinin dilimizin  saflığının qoruması ilə bağlı verdiyi mesajların icrasına yol açır. Bu lüğət dilimizi qoruyacaq, xarici sözlər və yanlış terminlərin istifadəsini azaldacaq, təhsil və elm işçiləri üçün faydalı olacaq. Müəllimlər və tələbələr eyni terminlərdən istifadə edə biləcəklər. Mətbuat və sosial şəbəkələrdə də avtomatik redaktə olunan mətnlər dilin saflığına birbaşa yardımçı olacaq.

Hərdən hansısa sözlərin yazılışını unuda bilirik, səhv yazırıq, məhz bu lüğətdən sonra işlər daha da asanlaşacaq. Həmçinin süni intellekt üzərində bazanın qurulması Azərbaycan dilini tanıyan, danışan və tərcümə edən proqramların yaranmasına yol açacaq. Bu layihə gerçəkləşərsə, Azərbaycan dili rəqəmsal dünyada öz ayaqları üstündə duran, müstəqil bir dil kimi mövqeyi möhkəmlənəcək.

Lüğət bizə başqa ölkələrin sistemlərindən asılı olmadan öz dil texnologiyamızı qurmaq imkanı yaradacaq”, -deyə o, fikrini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar