Azərbaycana COVID-in müalicəsi üçün  YENİ DƏRMAMLAR   gətirilir
04 mart 2022 14:34 (UTC +04:00)

Azərbaycana COVID-in müalicəsi üçün YENİ DƏRMAMLAR gətirilir

0

"Yaxın müddətdə Səhiyyə Nazirliyi  koronavirusun müalicəsində istifadə olunan yeni dərman vasitələrinin Azərbaycana gətirilməsi üçün yerli dərman idxalçılarına dəstək göstərəcək".

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, COVID-19 xəstələrinin müalicəsində ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldan yeni dərman vasitələrinin sadələşdirilmiş və sürətli dövlət qeydiyyatının təmin edilməsi üçün yerli dərman bazarının aparıcı idxalçı şirkətləri ilə əlaqə saxlanılıb.

“Sözügedən dərman vasitələrinin sürətləndirilmiş qaydada idxalı üçün tələb olunan sənədlərin təqdim ediləcəyi ən yaxın müddətdə tərəfimizdən lazımi dəstək göstəriləcək”, – vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2159

Oxşar yazılar