Azərbaycanda 92 nəfər zəhərləndi: 3-ü öldü
01 dekabr 2025 13:10 (UTC +04:00)

Azərbaycanda 92 nəfər zəhərləndi: 3-ü öldü

0

2025-ci ilin noyabr ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Lent.az-a KTM-dən bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 3 nəfəri spirtli içkilərdən, 1 nəfəri həlledici məhluldan, 1 nəfəri yandırıcı məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub. Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar