Azərbaycanda bir ayda 10 mindən çox uşaq doğulub
16 mart 2021 12:47 (UTC +04:00)

Azərbaycanda bir ayda 10 mindən çox uşaq doğulub

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 812 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

# 2637
avatar

Oxşar yazılar