Azərbaycanda hava kəskin DƏYİŞİR:  leysan və sulu qar XƏBƏRDARLIĞI
25 oktyabr 2025 17:00 (UTC +04:00)

Azərbaycanda hava kəskin DƏYİŞİR: leysan və sulu qar XƏBƏRDARLIĞI

1

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 394

Oxşar yazılar