Azərbaycanda koronavirusla bağlı  SON STATİSTİKA
30 mart 2022 16:37 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib. 320 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 122, bu günə qədər isə ümumilikdə 6 697 184 test icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3473

Oxşar yazılar