Azərbaycanda yayılan virus "COVID"in yeni ştammıdır? - Nazirlikdən CAVAB
02 oktyabr 2025 11:37 (UTC +04:00)

Azərbaycanda yayılan virus "COVID"in yeni ştammıdır? - Nazirlikdən CAVAB

2

Xəbər verdiyimiz kimi bir sıra ölkələrdə "COVID - 19"in yeni ştammı yayılıb.

Bəs görəsən, həmin ştam Azərbaycana da gəlibmi?

Lent.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib ki, əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır:

"Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu hal epidemioloji qanunauyğunluqdur və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayının  keçən il eyni dövr ilə müqayisədə artmadığını qeyd edə bilərik. Sentyabr ayında fəsli qripə yoluxma hallarında artım müşahidə olunmur.

Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır.

Klinik seyrə görə KRVİ və COVİD-19 çox oxşar olduğu üçün bunları biri-birindın ayırmaq mümkün deyil. COVİD-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müvafiq laborator müayinəsindən keçməsi tələb olunur. Hazırda Yenikoronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur. 

Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. Habelə risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 586

Oxşar yazılar