Azərbaycandan daha bir neçə ölkəyə QADAĞA
17 iyun 2021 17:26 (UTC +04:00)

Azərbaycandan daha bir neçə ölkəyə QADAĞA

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Albaniya Respublikasının Durres, Tirana, Kukes, İraq Respublikasının Bəsrə, Lesoto Krallığının Leribe, İngiltərənin Şimali Yorkşir, Şimali İrlandiyanın Lisbern və Kaslri, Orta və Şərq Antrim inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində dabaq xəstəliyi qeydə alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Albaniya Respublikasının Durres, Tirana, Kukes, İraq Respublikasının Bəsrə, Lesoto Krallığının Leribe, İngiltərənin Şimali Yorkşir, Şimali İrlandiyanın Lisbern və Kaslri, Orta və Şərq Antrim inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Cənubi Afrika, Albaniya və İraq respublikalarından, Lesoto Krallığından, İngiltərədən, Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

# 1815
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar