“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, növbət “Açıq Mikrafon” Şirvanda qurulacaq.
Bu dəfə “Səyyar qəbul otağ”ı Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında (Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında) təşkil olunacaq. Martın 29-u saat 12:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.