“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
30 may 2023 17:35 (UTC +04:00)

 “Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərlotereya” ASC-nin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.

Yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ni fəth ediblər.

Alpiniada iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, Azərbaycan və Türkiyə bayraqlarını “Heydər zirvəsi”ndə dalğalandırıblar. Lentə alınan həmin görüntüləri təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar