Bakı metrosunda yubanma  - YENİLƏNİB
29 yanvar 2026 18:00 (UTC +04:00)

Bakı metrosunda yubanma - YENİLƏNİB

1

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.
 

***

saat 17:45

Bakı metrosunda kı problem qısa zamanda həll olunacaq.

Lent.az-a metropolitendən bildirilib ki, köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.

***

saat 17:32

Nərimanov metrostansiyasında sıxlıq yaranıb.

Lent.az-a Bakı metropolitenindən bildirilib ki, saat 17:03-də metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 668

Oxşar yazılar