Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılır - SƏBƏB
18 may 2022 10:10 (UTC +04:00)

Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılır - SƏBƏB

Bakı-Qazax yolunun Kürdəmir rayonu istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89.7-ci km-də yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlqədardır. Bu səbəblər mayın 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Hərəktin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. 

Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.  

Sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

# 4056
avatar

Oxşar yazılar