Bakıda 22 dərəcə isti,  bu ərazilərdə 4 dərəcə şaxta  olacaq - Sabahın HAVASI
31 oktyabr 2025 12:37 (UTC +04:00)

Bakıda 22 dərəcə isti, bu ərazilərdə 4 dərəcə şaxta olacaq - Sabahın HAVASI

0

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar