Bakıda BAHAR HAVASI
21 mart 2022 13:54 (UTC +04:00)

Bakıda BAHAR HAVASI

0

Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.

Lent.az bildirir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur

Bundan başqa, direktor bildirib ki, martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq:

Bölgələrdə isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2280

Oxşar yazılar