Bakıda işləməyən işıqfor
16 may 2021 14:03 (UTC +04:00)

Bakıda işləməyən işıqfor

Bakıda bu da oldu – “Qırmızı işləmir” - FOTO

Bakının Binəqədi rayonunda işıqforun işləmədiyini göstərmək üçün qəribə üsula əl atılıb.

Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində işıqforun işləmədiyini göstərmək üçün üzərinə “qırmızı işləmir, ehtiyatlı ol” yazısı olan kağız parçası yapışdırılıb. Bu barədə foto və məlumat sosial şəbəkədə izləyicilərin gülüş hədəfinə çevrilib.

Kağızın kim tərəfindən yapışdırıldığını öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. O, sözügedən qeyri-adi təşəbbüsün təmsil etdiyi qurum tərəfindən həyata keçirilmədiyini bildirib:

“Həmin işıqfor ərazidən keçən elektrik xətlərindəki qısaqapanma səbəbilə işləmir. Qırmızı işıq xarab olub. Ancaq həmin problemi kim kağıza yazıb ora yapışdırıb bilmirəm. BNA tərəfindən belə bir addım atılmayıb”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə Lent.az-a məsələ barədə belə aydınlıq gətirib:

“Bu gün Bakıda yol hərəkəti ilə bağlı quraşdırılmış texniki vasitələr, tənzimləyici nişanlar və işıqforların quraşdırılması və qorunması Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Xüsusilə, işıqforların iş prinsipinə nəzarət də həmin qurum tərəfindən yerinə yetirilir. Ərazidə xidmət aparan yol polisi əməkdaşları da hansı çatışmazlıq varsa, raport yazır və bu haqda məruzə edirlər”.

# 4950
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26