Bakıda bu marşrutların istiqaməti dəyişdi
18 noyabr 2023 11:30 (UTC +04:00)

Bakıda bu marşrutların istiqaməti dəyişdi

53 nömrəli müntəzəm marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Məlumata əsasən, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutunun istismarı isə "BakuBus" MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

Oxşar yazılar