Bakıda  yeni parklanma   belə olacaq -  RƏSMİ
25 fevral 2022 16:56 (UTC +04:00)

Bakıda yeni parklanma belə olacaq - RƏSMİ

Bakı şəhərində parklanma ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ halları polis əməkdaşları aradan qaldırır:

"Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır. Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.

Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək. Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir".

# 3861
avatar

Mehman Nəbiyev

Oxşar yazılar