Bakıdakı partlayışda xəsarət alanlardan YENİ XƏBƏR
26 noyabr 2025 13:46 (UTC +04:00)

Bakıdakı partlayışda xəsarət alanlardan YENİ XƏBƏR

0

Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlayış baş verən obyektdə (AFEN plazada) xəsarət alanların vəziyyəti açıqlanıb.

Lent.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki, 24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən (2-si kişi, 3-ü qadın olmaqla) 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. 

"1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar