Bakının bu küçəsində hərəkət dayandırılır
22 mart 2023 17:12 (UTC +04:00)

Bakının bu küçəsində hərəkət dayandırılır

Sabah saat 8:00-dan martın 24-ü saat 22:00–a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

# 2694
avatar

Oxşar yazılar