Bakının bu qəsəbələrində su olmayacaq - QƏZA
18 iyul 2022 18:11 (UTC +04:00)

Bakının bu qəsəbələrində su olmayacaq - QƏZA

H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar

Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə  Lent.az-a "Azərsu" ASC-dən məlumat verilib.Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

# 2013
avatar

Oxşar yazılar