Suraxanı rayonu, Hövsan QTM-də (Qaz Tənzimləyici Məntəqə) aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar oktyabrın 31-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
                 
                             
    