Bakının bu rayonlarında qaz kəsiləcək
20 noyabr 2025 09:20 (UTC +04:00)

Bakının bu rayonlarında qaz kəsiləcək

0

Bu gün Bakının Xətai və Binəqədi rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Lent.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsində və Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Süleyman Vəzirov, Fəzail Bayramov, Sergey Senyuşkin, Natiq Əliyev küçələrinin və Xocalı prospektinin, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar