Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, fasilə Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə iyulun 16-ı saat 22:00-dan 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.