Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.
Lent.az-ın məlumatına görə, baş redaktor hazırda "Yeni Klinika"ya yerləşdirilib.
Klinikanın müalicə həkiminin sözlərinə görə, klinikayayrləşdirilərkən, R.Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricisi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Baş redaktorun müalicə olunduğu klinikadan bildirilib ki, R. Hafizoğlu hazrda süni nəfəs aparatına qoşulub: "Vəziyyəti stabil ağır olaraq qalır, saturasiyası az olmaqda davam edir. Hazırda saturasiyası 60 faiz oksigenlə 91 faizdir. Bugün hərarəti olmayıb, təzyiqi normaldır. Əsas problem hazırda ciyərlərinin çalışmamasıdır. Müalicəsi intensiv davam etdirilir".