"Başından böyük mikrofona danışma" – Aparıcıya cavab
01 aprel 2025 12:14 (UTC +04:00)

"Başından böyük mikrofona danışma" – Aparıcıya cavab

Lent.az Rəhman Mirzəlizadənin "Vorfolomey gecəsi" yazısını təqdim edir. 

Son dönəmlər reytinq, alqış, tərif qazanmaq üçün yeni metod çıxıb. Cəmiyyətin patriarxal və mühafizəkar kəsiminə yaltaqlanmaq üçün qadını kişidən aşağı tutub özlərinə "xal" qazanmağa çalışırlar. 

Bu cür ictimai boşboğazlardan biri də dünən efirdə "oğlum olsa, atasız qız ala bilmərəm" deyib. Dayandoldurum fikirlərini tamamlamaq üçün yenə "kişilərin müdafiəsinə" çıxsa da, planı baş tutmayıb. Heç olmasa, rejissor bunun qulağına pıçıldamayıb ki, başından böyük mikrofona danışma, ay Nigar Fərhad!

Aparıcı doğulduğu ailədən misal çəkib böyüdüyü travmatik mühiti bizə nümunə kimi sırımağa çalışır. Normal kişi obrazı ilə böyüyən insan heç vaxt bu fikirlərdə ola bilməz. Hiss olunur ki, o özü də travmatik-patriarxal ailənin "məhsuludur". Kişilik, qadınlıq, ailə kimi anlayışları evində sağlam şəkildə görməyib. Yəqin ki, heç qonşudan da gəlməyib. Aparıcı Nigar bu fikirləri utanmadan, hətta efirdə belə deməkdən çəkinmir. 

Daha sonra fikirlərini suvamaq üçün "dişi Dədə Qorquda" çevrilir. Video çəkib bildirir ki, mən onu atası vəfat etmiş, şəhid olmuş qızlar haqqında deməmişəm, anası atasını qoyub gedən qızları nəzərdə tutmuşam. Ox olsun sən eləyən söhbətə! Qaş düzəltdiyi yerdə vurub göz çıxardıb. Lap tutaq ki, anası atasını tərk edib. Lap belə anası ailəsini atıb başqa kişi ilə qaçıb. Lap elə anası fahişədir. Qızı neynəsin? Niyə valideynlərin səhvləri, qərarları ucbatından övladları ömürlük damğa ilə gəzməlidir?

Atasız böyüyən elə qızlar var ki, sizin kimi təfəkkürə sahib birinin böyütdüyü oğul onların yanında atası Qazan Xanı yatılı qoyub dağa çiçək toplamağa çıxan Tural kimi qalar. 

Belələrini niyə efirə çıxarırsız? Buraxın, gedib yengəlik eləsin də. Baldız olub qardaşının ailəsinə burnunu soxsun, yeni evlilərə "ərinin ayaqlarını yuyub, suyunu iç" tövsiyəsi versin, qızıyla kirvəsinin oğlunu göbəkkəsdi eləsin, "üçgünlüyə" getsin. Efir toksik fikirlərinizi ifraz edəcəyiniz yer deyil.

Qeyd: Yazının davamı olacaq...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5966

Oxşar yazılar

Kamran Əliyev yenidən baş prokuror oldu   - YENİLƏNİB

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

1 may 2025 , 08:28
Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

1 may 2025 , 08:08
Səssiz haray  – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

Səssiz haray – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

1 may 2025 , 05:15
Bu gün birinci siniflərə qəbul başlayır

Bu gün birinci siniflərə qəbul başlayır

1 may 2025 , 00:01
Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

30 aprel 2025 , 22:56