Beş gün  qar yağacaq,  20 dərəcə  şaxta   olacaq - XƏBƏRDARLIQ
15 yanvar 2026 15:00 (UTC +04:00)

Beş gün qar yağacaq, 20 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

2

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi  gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın Lent.az-a verdiyi məlumata görə, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara  keçəcəyi  gözlənilir.

“Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə  enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 762

Oxşar yazılar