"Bitki   yağı adı ilə palma   yağı satırlar" - Yağ alarkən nələrə diqqət edək?
03 dekabr 2025 14:12 (UTC +04:00)

"Bitki yağı adı ilə palma yağı satırlar" - Yağ alarkən nələrə diqqət edək?

0

Əsas yeməklərin, şirniyyatların, hətta bir çox salatların belə, tərkibini, əsas hissəsini yağlar təşkil edir. Lakin çox zaman bu əsas qida orqanizmimizin qatilinə çevrilir. Müxtəlif adlar və qiymətlərdə təklif olunan yağların tərkibini çox zaman bilmirik. Hərdən düşünürük ki, qiyməti nə qədər yüksəkdirsə, tərkibi də o qədər təmiz olar.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, əksər hallarda palma yağını “bitki yağı” adı altında satırlar:

“Yağ insan orqanizminin sağlamlığı, daxili orqanların funksiyalarını yerinə yetirə bilməsi, xüsusən də 20-25 yaşa qədər düzgün və sağlam inkişaf üçün ən önəmli qida məhsullarından hesab olunur. Onun tərkibinin doymamış yağ turşuları, eyni zamanda A,D,E,K vitaminləri ilə zəngin olması mərkəzi beyin sisteminin və ürəyin daha düzgün işləməsinə kömək edir. Günün birinci yarısında qəbul olunan 20-30 qram yağ orqanizmi üçün çox faydalı hesab olunur.

Bu gün satışda olan bir çox keyfiyyətsiz, mənşəyi bəlli olmayan, insan orqanizminə zərər verən yağların qəbulu həm xəstəliklərin yaranmasına, həm inkişafdan geriqalma, həm də ürək-damar xəstəliklərinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarında ürək-damar xəstəliklərindən ölən insanların sayının çoxalması və Azərbaycanın da bu sırada yer alması göstərilir. Sözsüz ki, bu xəstəliklərin yaranmasında keyfiyyətsiz yağların rolu əsasdır.

Kərə yağı fəsildən asılı olaraq 20-25 litr süddən əldə olunur. Rəngi yaz-yay aylarında yığılan süddən hazırlanırsa daha sarı, digər fəsillərdə isə açıq-sarı olur.

Yağ alanda onun etiket məlumatlarına diqqət etmək lazımdır. Yağın 70-80%-i hansı növə aiddirsə (günəbaxan, qarğıdalı, zeytun, süd və s.) ondan ibarət olmalıdır. Qalan faizini isə köməkçi maddələr təşkil etməlidir.  Bu gün əksər hallarda kərə yağı adı altında satılan yağların tərkibində transyağlar, marqarin, kərə dadlandırıcılar, aromatizatorlar istifadə olunur. Bu tərkib isə xüsusən riskli xəstəliklər yaradır. Aldadıcı məqam odur ki, bitki yağı altında satılan yağların da heç də, hamısı orqanizm üçün faydalı deyil. Bu hal palma yağında özünü daha çox göstərir. Onu isə çox zaman “bitki yağı” altında satıb, tərkibində göstərmirlər.

Təbii yağ insan orqanizminə uyğun şəkildə əriyir, digər yağların ərimə temperaturu daha yüksək olduğundan onlar ərimir və damar tıxanıqlığına səbəb olur. Bu isə zamanla piylənmə, qan dövranının yavaşlanması, ürək-damar sistemindəki problemlərlə nəticələnir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar