Boşananda ipotekadakı mənzil necə bölünür? - CAVAB
18 iyun 2025 11:10 (UTC +04:00)

Boşananda ipotekadakı mənzil necə bölünür? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual boşanma zamanı ipotekada olan mənzilin bölünməsi ilə bağlıdır. 

Boşanma zamanı yaranan problemlərdən biri də əmlak bölgüsüdür. Əmlak ipotekadadırsa bu məsələ daha çox sual doğurur.

Boşanma zamanı ipotekada olan mənzil necə bölünür?

Lent.az xəbər verir ki, boşanma zamanı ipotekadan geriyə qalan məbləğ müvafiq qaydada hər iki tərəf tərəfindən bərabər şəkildə ödənilməlidir:

Bəzi hallarda tərəflərdən biri, məsələn qadın bu borcu ödəməkdən imtina edə bilər. Bu halda kişi olunmuş ödənişlərin 50%-ni qadına qaytarmalıdır. Bundan sonra ödənişi yalnız kişi etməli və sonda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar