Bu 3 elektrik cihazını istifadə etmədikdə şəbəkədən çıxarın  – həm enerjiyə, həm də pula qənaət 
28 iyul 2025 16:13 (UTC +04:00)

Bu 3 elektrik cihazını istifadə etmədikdə şəbəkədən çıxarın – həm enerjiyə, həm də pula qənaət 

Evimizdə gündəlik istifadə etdiyimiz bəzi cihazlar, hətta işlədilmədikdə belə şəbəkəyə qoşulu olduqları müddətcə elektrik enerjisi sərf edir. Bu cür “gizli enerji sərfi” az görünsə də, uzun müddətdə xərcləri artırır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu 3 cihazı istifadə etmədikdə mütləq şəbəkədən ayırmaq lazımdır.

1. Televizor

Əksər insanlar televizoru pultla söndürür və bununla işin bitdiyini düşünür. Lakin o, “gözləmə rejimində” belə elektrik sərf etməyə davam edir. Bu səbəbdən tam söndürmək və şəbəkədən ayırmaq tövsiyə olunur. Bu, həm enerjiyə, həm də aylıq kommunal ödənişlərə qənaət etməyə kömək edəcək.

2. İnternet marşrutlayıcı (router)

Wi-Fi marşrutlayıcılar demək olar ki, 24 saat işləyir, çünki internetə hər an ehtiyac ola bilər. Ancaq əgər evdə heç kim yoxdursa (məsələn, işdə, səfərdə və ya istirahətdəsinizsə), router-i söndürmək və şəbəkədən ayırmaq məqsədəuyğundur. Bu, həm enerjiyə qənaət, həm də cihazın ömrünün uzanması deməkdir.

3. Zaryadka cihazları (adapter, şarj cihazı)

Telefon, planşet və digər cihazların şarj cihazları da şəbəkəyə qoşulu olduqda enerji sərf edir, hətta cihazlar şarjda olmasa belə. Bu sərfiyyat az olsa da, zamanla toplanır. Həmçinin yanğın təhlükəsi səbəbindən də, bu cihazları istifadə etdikdən sonra şəbəkədən ayırmaq tövsiyə olunur.

Nəyi şəbəkədə saxlamaq olar?

Əgər köhnə model tost aparatından istifadə edirsinizsə və onun rəqəmsal ekranı yoxdursa, bu cür cihazlar enerji sərf etmir – yalnız istifadə zamanı elektrik sərfiyyatı olur. Belə cihazları şəbəkədə saxlamaq olar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar