Bu ərazilərdən həyət evi almaq qorxuludur - Ehtiyatlı olun
24 dekabr 2025 15:08 (UTC +04:00)

Bu ərazilərdən həyət evi almaq qorxuludur - Ehtiyatlı olun

1

Sosial şəbəkələrdə münasib qiymətli yaşayış evlərinin satışı ilə bağlı çoxsaylı elanlar görürük. Xüsusən, Masazır, Xırdalan ərazisində həyət evləri satışa çıxarılır, qiymətləri isə nisbətən ucuz qoyulur. Lakin çox az insan ev alarkən oradan keçən kommunikasiya xətlərinə, kanalizasiya borularına fikir verir. Elə problem də buradan başlayır. Evlərin çökməsi, həyətləri suyun basması, yağış yağanda tək çarənin təxliyyə olması oranı yaşayış yerindən çox, əcələ aparan məkana çevirir. Hətta bu yaxınlarda fərdi yaşayış evinin həyətində torpaq çökməsi nəticəsində kanalizasiya kollektoru da aşkar olunmuşdu.

Bəs görəsən, həyət evi alarkən nələrə diqqət etmək lazımdır?  Hansı ərazilərdən ev almaq təhlükəlidir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Lent.az-a açıqlamasında bildirib ki, ölkəmizdə yüzminlərlə çıxarışsız evin olmasının əsas səbəblərindən biri bu kimi yerlərdə inşa olunması ilə bağlıdır:

Tanınmış ekspert əsgər ailələrinə yardım kampaniyası başlatdı

“Ölkə ərazisində yüzminlərlə, təkcə Bakı və Abşeron ərazisində isə 500 minə yaxın çıxarışı olmayan fərdi həyət evləri mövcuddur. Bu tip ərazilərə çıxarış verilməməsinin müxtəlif səbəbləri var: həmin ərazilərdəki torpaqların təyinatının yaşayış məntəqəli torpaqlar yox, digər təyinatlı olması, yaxud da qadağan olunan ərazidə inşa olunmasıdır. Bir vaxtlar Abşeron ərzisində, Xırdalan, Masazırda böyük gölməöçələrdən və qamışlıqlardan ibarət olan boş sahələrin üzəri torpaqla örtülərək, üzərində fərdi yaşayış evləri inşa olundu. O evlər də bəlli bir zamandan sonra mərhələli şəkildə çökmələrə məruz qaldı.

Vətəndaşların bilərəkdən və ya bilməyərəkdən kommunikasiya xətləri, su-kanalizasiya ötürücülərinin üzərində fərdi yaşayış evləri inşa etməsi gələcəkdə bir çox problemlərə yol açır. Ya çökmələr nəticəsində evlər uçur, ya da kommunikasiya xətlərinin təmiri zamanı evin sökülməsi tələb olunur. Ona görə də, xətlərlə yaşayış evi arasında neytral məsafə olmalıdır ki, onlar təmir olunarkən evlərə zərər dəyməsin.

Mənzil alarkən ilk növbədə sənədlərə diqqət edilməlidir. Xüsusən çıxarışlı və çıxarış təyinatlı yaşayış məntəqələri seçilməlidir.

Yerli əhali hansı ərazilərdə tökmə torpaqların olduğunu, kommunikasiya xətlərinin haradan keçdiyi barədə məlumatlıdırlar. Hər hansı ev inşa olunarkən, ən azından bir neçə səlahiyyətli dövlət qurumunun nümayəndələrinin bundan məlumatları olur. Onlar bu kimi riskli ərazilərdə tikintinin olmasına icazə verməməlidirlər. Xüsusən də, yeraltı kommunikasiya xətlərinin üzərində evlərin tikintisinə icazələrin verilməsi nəticəsində həm vətəndaşlar, həm də qurumlar həmin ərazilərdə bir çox problemlərlə üzləşəcəklər”.

Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, bu kimi hallar ölkədə ilk dəfə baş vermir:

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

“Kommunikasiya xətlərinin üzərində evlərin tikilməsi halı çox olub. Lakin kanalizasiya kollektorunun üstündə evin tikilməsi, istismara buraxılması yol verilməzdir. Xatırlayıram, ötən il bu aylarda maşın bazarının arxa tərəfində yerləşən ərazidə, kanalizasiya kollektorunun üstündə tikilən mənzillərdə problem yaranmışdı. Hadisənin üstü torpaq sürüşməsi ilə açıldı. Son anda həyətlərdəki nəqliyyat vasitələrini digər daşıyıcı vasitələrlə həyətdən çıxara bilmişdilər. Hətta iş o həddə çatmışdı ki, evlərin içini kanalizasiya suyu basmışdı. Təəssüf doğuran hal isə o idi ki, ərazidəki 4 evdən 3-nə çıxarış verilmişdi. Məhkəmədən sonra hökumət sakinlərə dəyən ziyanı məsul qurumlara ödətdirdi.

Bu kimi riskli ərazilərdə torpaqların satılması bəzən bələdiyyələrlə əlaqəli olur. Bələdiyyələr onların sərəncamına verilən torpaqları araşdırılmadan sata bilirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 432

Oxşar yazılar