Bu gündən Həcc ziyarətinə sənəd qəbulu başlayır
17 mart 2023 08:09 (UTC +04:00)

Bu gündən Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, ziyarətlə bağlı sənəd qəbulu martın 17-dən başlayır:

“Sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək. Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. Vaksinlər barədə hələ ki, tam təlimatlar olmasa da, hər zəvvardan 2 vaksinin vurulması tələb olunacaq”.

# 1845
avatar

Oxşar yazılar

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05