Bu marşrutların avtobusları yeniləndi   - YENİLƏNİB
30 iyun 2026 16:11 (UTC +04:00)

Bu marşrutların avtobusları yeniləndi - YENİLƏNİB

0

Paytaxt ərazisində daha iki marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

AYNA-dan Lent.az-a bildirilib ki, iyulun 1-dən Yeni Yasamal yaşayış massivini M.F.Axundov adına bağla (Bünyad Sərdarov küçəsi) əlaqələndirən 77 nömrəli və Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.

77 nömrəli marşrut xəttində 20, 91 nömrəli marşrut xəttində isə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

***

15:03

Bəzi marşrut avtobusları yenilənib.

Bu barədə AYNA-dan Lent.az-a məlumat verilib. 

Bildirilib ki, Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı ("Çinar-Trans" MMC) xəttin istismarını həyata keçirəcək.

214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək. 

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı ("Çinar-Trans" MMC) xəttin istismarını həyata keçirəcək.

214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək. 

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar